• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəzər- Lənkəran"nın sabiq futbolçusu qadınları pula görə təhdid edir

"Xəzər- Lənkəran"nın sabiq futbolçusu qadınları pula görə təhdid edir
25.08.2022 15:12
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Önder Deniz Kolqu məhkəməyə verilib. Bu barədə "Cumhuriyet” qəzeti məlumat yayıb.

48 yaşlı keçmiş yarımmüdafiəçi türk qadını evlənmək sözü verərək həmin xanımdan dəfələrlə pul aldığına görə ittiham olunur.
 
6 il öncə tanış olduqlarını bildirən qadın Kolqunun onu evlənmək vədi ilə aldadaraq minlərlə lirə pulunu aldıqdan sonra ölümlə hədələdiyini söyləyib. İddiaçının vəkili araşdırma zamanı daha 4 qadının da evlənmək vədi ilə aldadıldığını və pullarının mənimsənildiyini aşkar edib. 

"Zərərçəkmiş qadınlardan birinin məhkəməsində şahid qismində müvəkkilimdə də dinlənilib. Məhkəmədə onun əleyhinə ifadə verdiyi üçün Kolqunun hədə-qorxusuna məruz qalan xanım həmin gündən sonra şübhəli şəxslər izləyib. Evlənmək vədi ilə aldadılan, maddi və mənəvi cəhətdən istismar edilən müvəkkilimin həyat və əmlak təhlükəsizliyi artıq mövcud deyil”, vəkil söyləyib.

Önder Deniz Kolqunun iştirakçı olduğu "Xəzər Lənkəran” 2004-2005 mövsümündə Azərbaycan çempionatının gümüş medalını qazanıb.
 
Məhluqə Tağıyeva 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol