• $
  • €
  • ₽
  • ₺
  • £

UEFA klub reytinqini açıqladı: “Qarabağ” ilk 100-lükdə

UEFA klub reytinqini açıqladı: “Qarabağ” ilk 100-lükdə
18.09.2022 11:56
Avrokubokların qrup mərhələsində II tur başa çatıb.
 
Matçların yekununa əsasən UEFA-nın klub reytinqi açıqlanıb.
 
Siyahıda Azərbaycanı 7 klub təmsil edir. Ən uğurlu təmsilçi "Qarabağ”dır.
 
22,000 xala malik Ağdam klubu 65-ci yerə şərikdir. Qurban Qurbanovun yetirmələri Rusiya "Lokomotiv”i, Rumıniya təmsilçisi ÇFR-i və Çexiyanın "Viktoriya” klubu ilə eyni xala sahibdir.
 
Ötən reytinqdə 63-67-ci yerləri bölüşən "dördlük” bir pillə geriləyib. Hazırda 64-68-ci olan "Qarabağ” və şəriklərini "Başakşəhər” keçib.
 
Ağdamlılar II turda "Nant”ı 3 cavabsız qolla üstələyib. Amma ilk iki turda qələbələri sıralayan İstanbul təmsilçisi də irəliləməyi bacarıb.
 
Digər klublar "100-lük”dən uzaqdır. "Neftçi” 9,000 xalla 146-cı, "Qəbələ” 4,000 xalla 290-cı, "Şamaxı”, 3,000 xalla 312-ci yerə şərikdir. "Zirə”, "Səbail”, "Sumqayıt” isə 3,025 xalla 331-ci pilləni bölüşür.
 
Cədvələ 120,000 xala malik "Mançester Siti” başçılıq edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol