• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Əsgərovun klubu bağlandı

Cahangir Əsgərovun klubu bağlandı
09.04.2014 14:11
Bakının Şüvəlan qəsəbəsində yerləşən AZAL idman klubu bağlanıb. Lent.az-ın əldə etdiyi məlumata görə, iki gün öncə AZAL-ın bütün əməkdaşlarına ərizə yazmaları tapşırılıb.Bu qərarın Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən 9 idmançımıza kəsilən cəza ilə bağlı olduğu bildirilir. Həmin ağırlıqqaldıranlar dopinq-testdən keçə bilmədiklərindən, diskvalifikasiyaya məruz qalıblar. AZAL klubu isə Azərbaycan milli komandasının bazası sayılırdı. Klub nəzdində fəaliyyət göstərən ağırlıqqaldırma üzə komandanın baş məşqçisi Xanlar Nəbiyev Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib: “İki gün öncə bizə dedilər ki, klub bağlanılır, ona görə hamımız istefaya göndərilirik. Biz də ərizəmizi yazdıq. Gələcəkdə nə olacağını bilmirik”.AZAL idman klubunda ağırlıqqaldırma ilə yanaşı, üzgüçülük bölməsi də olub. Klubun direktoru eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru vəzifəsində çalışmış İsgəndər Əsgərov olub. Lakin o, 9 ağırlıqqaldıranımızın dopinq -testdən keçə bilməmələri səbəbindən cəzaya məruz qalmalarının ardından hər iki vəzifəsindən istefa verib.Nəbiyev bildirib ki, klub əməkdaşlarının taleyinə yeni direktor təyinatından sonra aydınlıq gələcək: “Hər yeri möhürləmişik ki, yeni direktorun gəlişinədək heç nə yoxa çıxmasın”.Qeyd edək ki, Ağır Atletika Akademiyası yaxınlığında AZAL futbol klubuna məxsus stadion da yerləşir. Həmin arenada eyniadlı futbol komandası ev oyunlarını keçirir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol