David Silva: "Barselona"ya keçməyi düşünmürəm"

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva mövsümün sonunda "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Mançester Siti"dən ayrılmaq istəmədiyini deyib:"Əlbəttə, adımın "Barselona" kimi komanda ilə hallanması məni daha da ruhlandırır. Lakin mən bu söz-söhbətlərə son qoymaq istəyirəm. "Mançester Siti"də xoşbəxtəm və buradan ayrılmaq niyyətim yoxdur".Qeyd edək ki, Silva 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























