• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" yalnız "Bavariya"dan geri qalır

"Qarabağ" yalnız "Bavariya"dan geri qalır
28.03.2014 15:04

Avropada cari mövsümdə ən az qol buraxan komandalar eyni zamanda öz çempionatlarının turnir cədvəlinin üst pillələrində qərarlaşaraq uğurlu oyun sərgiləyirlər. Fanat.az xəbər verir ki, bu siyahıda ilk sıranı "Bavariya" tutur.

Mövsümün sonuna 7 tur qalmış çempionluğunu elan edən komanda cəmi 13 qola üzülüb. 52 oyundu məğlub olmayan və son 19 matçda qələbə qazanan Münhen klubu Avropanın ən az qol buraxan komandasıdı. Ən az qol buraxan komandaların siyahısında almanları "Roma" izləyir. Bu mövsüm keçirdiyi 21 matçda qapısında top görməyən İtaliya təmsilçisi cəmi 15 dəfə məyus olub. Paytaxt klubu A Seriyasında lider "Yuventus"un izləyicisidi.

Yunanıstanda keçirdiyi 30 oyunda çempionluğu təmin edən "Olimpiakos" rəqib qapılarına 86 qol vursa da, özü 17 dəfə məyus olub. 41-ci çempionluğunu qazanan Afina klubu Çempionlar Liqasında da uğurlu performans sərgiləyib. 1/8 finaladək irəliləyən yunun təmsilçisi bu mərhələdə "Mançester Yunayted"i evdə yenəsə də (2:0), səfərdə uduzaraq (0:3) mübarizəni dayandırıb.

Türkiyədə üçüncü pillədə qərarlaşmış "Qalatasaray" ən az top buraxan komandadı - 22. "Cim-Bom"u "beşiktaş (24), onları "Eskişəhərspor" izləyir (25). Lider "Fənərbaxça" isə 27 dəfə topu qapıdan çıxarmalı olub.

İngiltərə Premyer Liqasında 31 oyun keçirən lider "Çelsi" 23 qol buraxaraq bu mənada da liderdi. London klubu ötən mövsüm 39 qola üzülmüşdü. İspaniyada Çempionlar Liqasının 1/4 finalına çıxmış 3 komanda ən az qol buraxanlar siyahısına başçılıq edir. Belə ki, La Liqanın lideri "Atletiko" 21, ikinci pillədəki "Barselona" 25, üçüncü yeri tutan "Real" isə 32 dəfə məyus olub.

Azərbaycana gəlincə, lider "Qarabağ" qapısında 14 qol görərək bu siyahıya da başçılıq edir. Ağdamlılardan sonra ən az məyus olan komanda "Simurq"du - 20. "Qəbələ" 28, "Bakı" 29, "İnter" 31, "Neftçi" 33, "Xəzər Lənkəran" 38, AZAL 40, "Rəvan" 46, "Sumqayıt" isə 47 dəfə topu qapıdan çıxarıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol