"Rubin" "Fənərbaxça"nın hücumçusunu istəyir

"Fənərbaxça" klubunun hücumçusu Musa Souya Rusiyadan təkliflər gəlməkdə davam edir.Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Zenit"in ardından "Rubin" (Kazan) klubu da seneqallı futbolçunun xidmətində maraqlıdır.Kazan təmsilçisi Sounun transferi üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəməyə hazır olduğunu açıqlayıb. Lakin "Fənərbaxça" klubu hələlik "Rubin"in təklifinə münasibət bildirməyib. İstanbul təmsilçisi 28 yaşlı futbolçunu daha yüksək məbləğə satmaq niyyətindədir.Qeyd edək ki, Sou 2012-ci ildə "Lill" klubundan "Fənərbaxça"ya transfer olunmuşdu.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























