“Qalatasaray”ın keçmiş oyunçusu İtaliyaya gedir

“Qalatasaray”dan ayrılan ispaniyalı futbolçu Albert Riera İtaliyada oynayacaq. Apasport.az saytının məlumatına görə, Riera “Udineze” ilə müqavilə bağlayıb. “Udineze” ilə futbolçu arasında razılaşma gələn mövsüm üçün nəzərdə tutulub. Riera ilə müqavilə 2014-cü il iyulun 1-dən qüvvəyə minir. Hələlik futbolçunun nə qədər alacağı və müqavilənin müddəti açıqlanmır. 31 yaşlı Albert Riera professional karyerasına 2000-ci ildə İspaniya “Malyorka”sında başlayıb. O, “Bordo”, “Espanyol”, “Mançester Siti”, “Liverpul”, “Olimpiakos” və “Qalatasaray”da forma geyib. Bir müddət öncə “Qalatasaray” qarşılıqlı razılaşma ilə Rieranın müqaviləsini pozub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























