• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gimnastları bürünc medal qazanıblar

Azərbaycan gimnastları bürünc medal qazanıblar
24.03.2014 15:31
Azərbaycan gimnastları Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya kubokunun növbəti mərhələsində bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qrup yarışlarındakı komanda 3-cü yer uğrunda mükafatı Şvabiyadan Abşeron yarımadasına gətirib.

Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva həm təsnifat mərhələsində, həm də finalda 10 gürzlə yaxşı çıxış edərək, yalnız tanınmış liderlərdən - Rusiya və İtaliyadan geri qalıblar.Kollektiv proqramın digər növündə - 3 top və 2 lentlə hərəkətlərdə çoxnövçülükdə olduğu kimi, 4-cü nəticə göstərib.Qızlar topla və gürzlə 5-ci olmuş və bütün finallara çıxmış Marina Durunda kimi qarışıq növdə kürsüdə dayanmağa layiq idilər. Bu fikri məşhur həmyerlimiz, 1992-ci il Barselona olimpiadasında gimnastika üzrə olimpiya çempionu olmuş, bu Qərbi Almaniya şəhərində yaşayan və məşqçi işləyən Valeri Belenki bildirib: "Mən gimnastlarımızın çıxışlarını "Porsche Arena"nın VIP-tribunasından izlədim və tamaşaçıların onları necə dəstəklədiklərini gördüm".Onun sözlərinə görə, əlbəttə, o da faktdır ki, bizim gimnastlarımızı - gələcək Avropa çempionatının sahiblərini (13-15 iyun) Qran-pri və Dünya kubokunun son mərhələsində olduğu kimi, mükafatçılar sırasında görməyə artıq adət ediblər.İndi gimnastlarımız ikigünlük düşərgədən sonra İsraildə təşkil olunacaq yeniyetmələr üçün Qran-pri və beynəlxalq yarışa yola düşəcəklər.Onlara Holon şəhərində Gülsüm Şəfizadə, Nilufər Niftalıyeva, Ayşən Bayramova, həmçinin gənc Jalə Piriyeva, Züleyxa İsmayılova və Beyza Dəmir qoşulacaqlar.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol