• $
  • €
  • ₽
  • ₺
  • £

Cüdoçularımızdan erməni idmançılarına ikiqat zərbə

Cüdoçularımızdan erməni idmançılarına ikiqat zərbə
22.03.2014 13:24

Orxan Olimpiya çempionu Arsen Qalstyanın dizini yerə atıb.Cüdo üzrə Azərbaycan milli komandası Tbilisidəki Qran-Pri yarışlarına əla başlayıb. Azərbaycanın beş cüdoçusu Tbilisidə başlayan Qran-Pridə güclərini sınayır. ANSPRESS xəbər verir ki, 60 kq-dək olan çəki dərəcəsində iki idmançımız mübarizə aparır. Orxan Səfərov startda Ser-Oda Nasanjarqalı (Monqolustun) məğlub edib, dörddəbir finalda isə gürcü Lukxumi Çikvimianinin öhdəsindən gəlib. Yarımfinalda Orxan Rusiya təmsilçisi olan Olimpiya çempionu Arsen Qalstyanın dizini yerə gətirib və Qran-Prinin finalına çıxıb. Həlledici döyüşdə Səfərov qazax Yerkubulan Kassyevi ipponla məğlub edərək mövsümün ilk beynəlxalq uğurunu qazanıb.Vüqar Şirinli (60 kq) ilk döyüşündə gürcü Georgi Brolaşviliyə məğlub olub.66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə ilk döyüşündə ukraynalı Sergey Pliyevi ipponla udub. Sonra isə təmiz atışla tatami sahibi Şalva Kardavanın öhdəsindən gəlib. Yarımfinalda o, qazax Yeldos Jumaxanovu məğlub edib və finala çıxıb. Burada o, dünya və Avropa çempionu ukraynalı Georgi Zantaraya qarşı döyüşəcək. Nicat Şıxəlizadə həlledici döyüşdə Ukrayna təmsilçisi, dünya və Avropa çempionu Georgi Zantaraya təmiz atışla qalib gələrək qızıl medalı qazanıb.Tərlan Kərimov ilk döyüşündə (66 kq) gürcü Tristan Peikrişviliyə uduzub. Qadınların yarışında Kifayət Qasımova (57 kq) ipponla gürcü Məryəm Tsixelaşvilini məğlub edib. Növbəti döyüşdə Ukraynadan olan Şuşana Gevondyanı əzib və yarımfinala çıxıb. Burada isə Kifayət serb Yovann Rogiçə uduzsa da, sloven Vlora Bedetini məğlub edərək bürüng medal qazanıb.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol