• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqası: 1/4 finala kimlər çıxacaq?

Avropa Liqası: 1/4 finala kimlər çıxacaq?
20.03.2014 22:01

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Ötən həftə ilk matçlarını keçirən komandalar cavab oyunlarına çıxacaqlar. Bu görüşlər öncəsi səfərdəki ilk oyunda qələbə qazanan klublar daha şanslı görünürlər. Xüsusilə, “Valensiya” ilə “Benfika”nın növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll etdiyini söyləmək olar. Rəqib meydanında 3 qol vuran komandalar evdə ən azı eyni sayda top buraxmalıdır. Bu isə o qədər də inandırıcı deyil. Düzdür, portuqaliyalılar İngiltərə təmsilçisi “Tottenhem”lə qarşılaşır. Amma sonuncuların səfərdə sensasiya edəcəyi şübhə doğurur. Öz meydanına 2 top üstünlüyü ilə çıxacaq “Betis” də artıq 1/4 final haqda düşünə bilər. Sevilya derbisində şəhərin eyniadlı komandası ilə qarşılaşacaq meydan sahiblərinin 2 qol üstünlüyünü qoruyacağı gözləniləndir. Səfərdə oynayacaq “Lion”a ilk matçdakı böyük hesablı qələbə də yetərli olmalıdır. Çexiya “Viktoriya”sı çətin ki, 3 qol fərqini aradan qaldırsın.Səfər matçına minimal hesablı üstünlüklə yollanan “Alkmaar” Rusiyada, “Porto” isə İtaliyada çətin sınaq qarşısında olacaq. “Anji”nin qonağı olacaq hollandiyalıların işi nisbətən asan olsa da, portuqaliyalıları “Napoli” gözləyir. Ötən həftə heç-heçə ilə nəticələnən cütlərdə isə 1/4 finala vəsiqə uğrunda gərgin mübarizə gedəcək. İtaliya derbisində “Fiorentina”nın səfər qolu üstünlüyü var. Lakin “Yuventus”un belə durumdan çıxması da mümkündür. Avstriyada isə qolsuz ayrılan “Zalsburq”la “Bazel” üz-üzə gələcək. Avropa Liqası1/8 final, cavab oyunlar20 mart21:00. “Anji” (Rusiya) - "Alkmaar” (Hollandiya)İlk oyun – 0:122:00. “Valensiya” (İspaniya) - “Ludoqorets” (Bolqarıstan)İlk oyun – 3:022:00. "Benfika" (Portuqaliya) - “Tottenhem” (İngiltərə)İlk oyun – 3:122:00. “Viktoriya” (Çexiya) - “Lion” (Fransa)İlk oyun – 1:422:00. “Fiorentina” (İtaliya) - "Yuventus" (İtaliya)İlk oyun – 1:100:05. “Zalsburq” (Avstriya) - "Bazel" (İsveçrə)İlk oyun – 0:000:05. "Napoli" (İtaliya) - "Porto" (Portuqaliya)İlk oyun – 0:100:05. “Betis” (İspaniya) - “Sevilya” (İspaniya)İlk oyun – 2:0

Apasport.az  

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol