• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Həşimovun xatirəsinə 130 minlik turnir

Vüqar Həşimovun xatirəsinə 130 minlik turnir
18.03.2014 11:26

Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində aprel ayında beynəlxalq şahmat turniri keçiriləcək

Aprel ayında Şəmkirdə Avropa çempionu, dünyanın aparıcı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçiriləcək. "Synergy Group"-dan ANS PRESS-ə verilən məlumata görə, artıq mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı dəqiqləşib. 

Azərbaycanda fəaliyyət göstərilən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group"un təşkilatçılığı ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaqdır. 

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində aprelin 20-də start götürəcək və 10 gün davam edəcək. Yarışın açılış mərasimi aprelin 19-da olacaq. 

Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin (Rusiya), o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edəcək. “A” turnirinin mükafat fondu 100 min avro təşkil edir.

“B” turnirində 10 şahmatçı mübarizə aparacaq. Mükafat fondu 30 min avro olan “B” turnirində iştirak edəcək şahmatçılar bunlardır: Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durabəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685).

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, karyerasının yüksəliş dövründə FİDE-nin siyahısında 4-cü pillədə qərarlaşıb. Bakıda keçirilən FİDE Qran-Pri turnirinin qalibi olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Serbiyada keçirilən qitə birinciliyində yığmamızın son turdakı tarixi zəfərində həlledici rol oynayıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Müxtəlif şahmat klubların heyətində Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldova çempionudur. Sürətli şahmat üzrə dünya çempionatında gümüş mükafatçı olub. 72-dən çox titulun sahibi olan Vüqar Həşimov “Kasparov Kuboku” uğrunda turnirin qalibidir. 2008-ci ildə keçirilən Şahmat olimpiadasında şəxsi göstəricilərə görə gümüş medala layiq görülüb. Ümumdünya İntellektual Oyunlarında gümüş və bürünc medalların sahibidir. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol