Özil uzun müddətlik sıradan çıxdı

Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab matçında zədələnən "Arsenal"ın futbolçusu Məsut Özil bu gün tibbi müayinədən keçib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədəsi ciddi olan alman yarımmüdafiəçi gözləniləndən daha çox yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Onun ən azı bir aya, ən geci isə bir ay yarıma sağalacağı bildirilib.
Qeyd edək ki, Özilin 1-2 həftəlik sıradan çıxdığı ehtimal olunurdu.
Qol.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























