Zidan: "Ronaldo əsl döyüşçüdür"

"Real" (Madrid) klubunda köməkçi məşqçi işləyən Zinəddin Zidan komandanın hazırkı hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Zidan İspaniya mətbuatına açıqlamasında Ronaldonun "Qızıl top"u haqq etdiyini bildirib:
"Ronaldo "Qızıl top"u haqq etdi. Onu hər gün məşqlərdə yaxından izləyirəm. Ronaldo məşqlərə erkən gəlir və ən sonda gedir. Onun üçün limit yoxdur və öz üzərində çox çalışır. Ronaldo əsl döyüşçüdür".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























