Məşhur boksçu döyüşdən əvvəl həbs edildi

IBF versiyası üzrə dünya çempionu Karlos Molina 7 ill əvvəl verilmiş order əsasında həbs edilib.
ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, meksikalı boksçu amerikalı Cermel Çarlo ilə iki gündən sonra rinqə çıxmalıydı, ancaq hüquq mühafizə orqanlarının əməkdaşları onun bu niyyətinin qarşısını alıblar.
Orda çəkidə IBF üzrə dünya çempionunun qanunlarla problemləri varıydı: 2002-ci ildə o bir uşağa qarşı seksual hərəkətlər etməkdə ittiham edilmişdi, 5 il sonra şərti azadlığa buraxılma qanunu pozduğundan onun haqqında yeni order verilmişdi. Amerika qanunlarına əsasən, Nevada ştatına gəlməklə Molina seksual cinayətkar kimi qeydiyyatdan keçməliydi. Ancaq o bunu etməyib.
Boksçu Meksika vətəndaşıdır, ancaq Amerikada yaşayır. Məhkəmə Molinanı zamin hesabına azadlığa buraxmaqdan imtina edib (onun üçün 10 min dollar zamin qoymaq təklif edilib), məhkəmə ABŞ-ın İmmiqrasiya Xidmətinin onu axtarışa verməsini səbəb göstərib.
Karlos Amado Molina 2013-cü ildə dünya çempionu adını qazanmışdı.
ANN.Az
























