• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA Araz Abdullayevin qırmızı vərəqəsini ləğv etdi

AFFA Araz Abdullayevin qırmızı vərəqəsini ləğv etdi
04.03.2014 17:13
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.ANN.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı aşağıdakı qərarlar verilib.XXII Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qarabağ” matçının 62-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı  və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Topaz Premyer Liqasının XXIV turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun futbolçusu Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edib.Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.Oyunun 1-ci dəqiqəsində “Qarabağ” klubunun, matçın 62-ci dəqiqəsində isə “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klublar 2000 manat cərimə olunub.Topaz Premyer Liqasının XXIV turunun “Bakı” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “Sumqayıt” klubunun  futbolçusu Nodar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.Topaz Premyer Liqasının XXIV turunun “Rəvan” – AZAL matçının 46-cı dəqiqəsində “Rəvan” klubunun futbolçusu Cəmşid Məhərrəmov  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib.Oyunun 75-ci dəqiqəsində AZAL klubunun futbolçusu Joze Junior Ailton  sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.Matçın 85-ci dəqiqəsində AZAL klubunun futbolçusu Viktor İqbekoyi  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol