• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın idmançılarımızın növbəti qələbəsi

Qadın idmançılarımızın növbəti qələbəsi
03.03.2014 19:14
İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir başa çatıb.ANS PRESS xəbər verir ki, qadın güləşi üzrə yığma komandamızın 4 üzvünün iştirak etdiyi turnirdə güləşçilərimiz 2 qızıl medal qazanıb.Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (60 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edib.48 kq-da mübarizə aparan Olimpiya mükafatçımız ardıcıl olaraq ABŞ, Norveç, Bolqarıstan güləşçilərini üstələyib. Yarımfinalda daha bir ABŞ təmsilçisini mübarizədən kənarlaşdıran Mariya Stadnikin finalda rəqibi daha bir ABŞ güləşçisi olub. Mariya Stadnik rəqibini böyük hesabla (11:0) məğlub edərək, turnirin qızıl medalını qazanıb. Yığmamızın kapitanı yarışların ən texnikalı güləşçisi kimi xüsusi kubokla da mükafatlandırılıb. Qeyd edək ki, 48 kq çəki dərəcəsində 31 güləşçi mübarizə aparıb.60 kq çəki dərəcəsində Yuliya Ratkeviç ilk görüşündə ABŞ güləşçisi Batermanı üstələyib. Daha sonra Tunis və yarımfinalda İsveçdən Matson üzərində qələbə güləşçimizi finala yüksəldib. Final görüşündə Yuliya kanadalı Fazzaridən də üstün olub və qızıl medala sahib olub.Patimat Baqomedova (53 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də, bu fürsəti dəyərləndirə bilməyib.Ən ağır çəkidə yarışan Səbirə Əliyeva (75 kq) isə zədələndiyindən mübarizəni davam etdirə bilməyib.Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol