Arda Turan "Milan"ın hədəfində

"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan karyerasını İtaliyada davam etdirə bilər.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Milan" türk yarımmüdafiəçini heyətinə qatmağa hazırlaşır. Bu transfer üçün A seriyası təmsilçisinin Madrid klubuna 30 milyon avroluq təklif göndərəcəyi bildirilir. Artıq bununla bağlı "Milan" klubu "Atletiko" ilə danışıqlara başlayıb.Qeyd edək ki, "Atletiko"nun A.Turanın transferinə razılıq verəcəyi iddia edilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























