• $
  • €
  • ₽
  • ₺
  • £

“Neftçi” üsyan edir

“Neftçi” üsyan edir
01.03.2014 14:00
 Topaz Premyer Liqasında, son tur çərçivəsində keçirilən “Neftçi”- “Qarabağ” matçından sonra “Neftçi” klubu oyunun baş hakimi Vüsal Əliyevdən narazı qaldığını bəyan edib.“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə facebook profilində “Neftçi”yə haqsızlıq edildiyi və hakim qərəzi olması barədə yazı paylaşıb.  Klub rəsmisi jurnalistlərə səsələnərək hadisələrə düzgün qiymət verməyə səsləyib: “Qarabağ”ın qələbəsinə kölgə salmaq niyyətim yoxdur. Bunu dəfələrlə deyirəm. Amma... Ürək istərdi ki, "Qarabağ"dan olan dostlarımızı ürəklə təbrik edəsən. Bu videoya diqqətlə baxın. Qarşılaşmanın 14-cü dəqiqəsində Riçard Almeida meydandan qovulmalı idi. Videodakı ilk epizodda Riçardın hərəkətinin bircə adı var. Qırmızı vərəqə!!! İkinci epizodda Riçard futbolçumuza yumruq atır.Yumruq dəydi və ya dəymədi. Özünüzün dediyiniz kimi, vurmağa cəhd də yoxdur? Bir neçə gün əvvəl AZAL-la oyunda “Xəzər-Lənkəran”ın qapısına təyin edilmiş penaltiyə də baxın, Bahadura qarşı kobudluğa da. Əgər, Slavik Alxasovun hərəkəti penalti idisə, “Qarabağ”ın qapıçısı Şehiçin hərəkəti nə idi? Araz Abdullayevin qırmızı vərəqə aldığı epizoda gəlincə... Şərhə ehtiyac var? Bəli, "Neftçi" zəif oynadı. Bir daha deyirəm, məğlubiyyətimizə haqq qazandırmıram. Lakin, siz də xüsusən jurnalist dostlarım, əlinizi ürəyinizin üstünə qoyun və tam səmimi cavab verin. Epizodlara obyektiv yanaşın. "Qarabağ" 75 dəqiqə azlıqda oynasaydı, belə asan qələbə qazanacaqdı? "Neftçi"ni zatən "Qarabağ" qarşısına “şikəst” çıxarmışdılar. Maraqlıdır, Kardoso ilə Brunoya niyə 2-3 oyun yox, məhz 4 oyun? Palaz-palaz yazılar yazmazdan öncə düşünün. Sizin də haqqınız tapdalananda yanınızda olacağıq deyənlər, haqqımız tapdalaynamyıbmı? Sizcə bütün bunlar nədənsə xəbər vermir? Fürsətdən istifadə edib, “Qarabağ”ın kapitanı Rəşad Sadıqova təşəkkür etmək istəyirəm. Onun mərdliyi, düzlüyü qarşısında baş əyirəm. Adam, özü etiraf edir ki, qırmızı vərəqə verilməməli idi. Təəssüf ki, hakimlərin oyunu, bəlkə də “oyun”u “Qarabağ”ın qələbəsinə kölgədə qoydu. Di dincəlin, 10 xal fərq var"Qeyd edək ki, dünən keçirilən “Neftçi”-“Qarabağ” matçında Ağdam təmsilçisi 4-1 hesablı qələbə qazanıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol