• $
  • €
  • ₽
  • ₺
  • £

Teymur Rəcəbov reytinq siyahısında gerilədi

Teymur Rəcəbov reytinq siyahısında gerilədi
28.02.2014 19:23
 Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart üçün açıqlanan siyahının ilk “yüzlüy”ündə bu dəfə 4 həmyerlimiz yer alıb. Onlardan ən yüksək reytinqə Şəhriyar Məmmədyarov malikdir. Şahmat tacına iddialıların turnirində ölkəmizi təmsil edəcək zəka sahibi 13-cü yerdədir. Onun yeri kimi reytinq xalında da dəyişiklik olmayıb – 2757. Məmmədyarovdan fərqli, Rauf Məmmədov 87-ci yeri 84-cü pilləyə dəyişib. O buna aktivinə 1 reytinq xalı yazmaqla nail olub. Fevralda açıqlanan siyahı ilə müqayisədə bu dəfə Eltac Səfərli də “Top-100”ə daxil olub -  2656 xalla 90-cı yer. Təmsilçilərimizdən geriləyən yalnız Teymur Rəcəbovdur. Son yarışlarda inamsız təsir bağışlayan qrossmeyster bu dəfə daha 3 rəqibini özündən irəli buraxıb. O, hazırda 2713 xalla 37-ci yeri tutur. Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Reytinq cədvəlinə yenə norveçli Maqnus Karlsenin (2881) başçılıq edir. Levon Aronyan (Ermənistan, 2830) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2787) ilk “üçlüyü” qapayır.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol