"Qalatasaray" "Çelsi" ilə bacarmadı

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. ANS PRESS-in məlumatına görə, azərbaycanlı futbol azarkeşlərinin də maraqla izlədiyi "Qalatasaray" - "Çelsi" oyununda qapılara 2 top vurulub. Oyunun ilk dəqiqələrində qapısında qol görən "Cim-Bom" 64-cü dəqiqədə cavab qolunu vurub. Matç elə bu hesabla da başa çatıb. "Qalatasaray"ın növbəti mərhələ şansı Londonda keçirilən cavab oyununun nəticəsindən asılı olacaq.Günün digər matçı Almaniyada "Şalke" ilə "Real" Madrid arasında keçirilib. "Kral klubu" "Şalke"yə böyük hesabla qalib gəlib - 6:1. Dünyanın ən bahalı transferi olan uelsli Qaret Beyl, portuqaliyalı ulduz Kriştiano Ronaldo və Fransa yığmasının müsəlman futbolçusu Kərim Benzema dubl edib. "Şalke"nin gücü isə yalnız oyunun 90-cı dəqiqəsində təsəlli qolu vurmağa çatıb. Çempionlar Liqası, 1/8 finalın ilk oyunları"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə) - 1:1 Qollar: Torres, 8 (0:1), Şedju, 65 (1:1)"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)- 1:6 Qollar: Benzema, 13 (0:1), Bale, 21 (0:2), Ronaldo, 52 (0:3), Benzema, 57 (0:4), Bale, 69 (0:5), Ronaldo, 89 (0:6), Huntelar, 90 (1:6).ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























