Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı marşrut xətləri müəyyənləşdirilib

Gələn il Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi nəqliyyat sahəsində əsas qərargah seçilib.Belə ki, ölkəyə gələcək qonaqlara Mərkəz tərəfindən marşrutlar və lazımi istiqamətlər göstəriləcək. Bu barədə «APA-Economics»ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Məlumata görə, I Avropa Olimpiya Oyunları ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanır. «Artıq marşrut xətləri müəyyənləşdirilib və hazırda «Avtocad Map» proqramı üzərində Mərkəzin mütəxəssisləri tərəfindən sxemlər işlənilir», - deyə Mərkəzdən bildirilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























