Maradona futbola qayıdır?

Argentina çempionatının 5-ci divizion təmsilçisi “Deportivo Riestra” Maradonanın yaşıl meydanlara futbolçu olaraq qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, klubun canlı əfsanəni heyətinə qatmaq istədiyi yazılmış, artıq bu barədə federasiyaya müraciət edildiyi iddia edilmişdi.Klubun prezidenti Marselona Salorio açıqlamasında isə xəbərləri təkzib edib: "Maradona burada oynamayacaq. Bu xəbərlər necə yayılır, anlamıram".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























