• $
  • €
  • ₽
  • ₺
  • £

“Qalatasaray” -“Çelsi” oynunda Xocalı soyqırımı yad edilməyəcək

“Qalatasaray” -“Çelsi” oynunda Xocalı soyqırımı yad edilməyəcək
18.02.2014 01:26

Bir müddət öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün maraqlı aksiyaya start verdiklərini bəyan ediblər.

Belə ki, qurum katibliyinin əməkdaşları UEFA-ya, habelə “Qalatasaray” və “Çelsi” futbol klublarına müraciət edərək, 2014-cü il fevralın 26-da bu komandaların İstanbulda UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara lent bağlayaraq, meydançaya çıxmaları təklifini irəli sürüblər.

Azərbaycanın İstanbuldakı baş konsulluğu da məsələni diqqətdə saxlayaraq müraciətin reallaşması üçün işlər aparır. Bu barədə Modern.az-a Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib. Onun sözlərinə görə, hazırda Xocalı soyqırımı ilə bağlı tədbirlərə hazırlıq işləri gedir və sözügedən məsələ də diqqətdə saxlanılır. 

“Ancaq hələ ki, bizə rəsmi cavab verilməyib. Gərək AFFA da bu işlə məşğul olsun. Nəticələri bilən kimi, mətbuata əlavə məlumatlar veriləcək”, – deyə H. Zeynalov qeyd edib.

“Qalatasaray” klubunun İstanbuldakı ofisindən Modern.az-a verilən məlumata görə isə UEFA bu kimi məsələləri yasaq edib və bunun böyük cəriməsi var.

“Azərbaycanlı qardaşlarımızın bütün dərdləri bizim dərddir. Ancaq belə məsələlərə icazə verilmir”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol