• $
  • €
  • ₽
  • ₺
  • £

“Simurq” – “İnter” matçında dava düşüb

“Simurq” – “İnter” matçında dava düşüb
14.02.2014 09:00
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında startı verilən XXI tur qalmaqalla başlayıb.ANN.Az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Zaqatalada baş tutan "Simurq" - "İnter" matçında dava düşüb. Buna səbəb isə paytaxt təmsilçisinin heyətində Cosqun Diniyevin hərəkəti olub. Belə ki, baş hakim Rəşad Əhmədov matçın 84-cü dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Diniyev topu tora qovuşdurandan sonra tribunaya tərəf qaçaraq, azarkeşlərdən birinə əli ilə “sakit olmağı” tapşırıb. Bundan qəzəblənən zaqatalalı azarkeşlər isə meydana axışaraq, futbolçunu etdiyi hərəkətə  görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Baş hakim Diniyevi bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb. Kütləvi davada iştirak etdiyi üçün "Simurq"un bir futbolçusu da qırmızı vərəqə alıb. Məlumatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də təsdiqləyib: “Matçın hakimi mənə zəng edib, baş verənləri danışdı. Oyun təxminən 5-6 dəqiqə dayanıb. Klub rəhbərlərinin müdaxiləsindən sonra qalmaqal sakitləşdirilib”. Baş hakim Rəşad Əhmədov isə apasport.az saytına açıqlamasında hadisə barədə danışmağa icazə olmadığını bildirib: “Sizdən çox xahiş edirəm, mənim bu haqda açıqlama vermək səlahiyyətim yoxdu. Hazırda sistem altındayam. Nə baş veribsə, matçın protokoluna qeyd etmişəm. Yəqin ki, İntizam Komitəsi növbəti iclasında lazımi ölçü götürəcək”. Xatırladaq ki, oyun 2:2 hesabı ilə başa çatıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol