Eden Hazarddan PSJ açıqlaması

Fransanın PSJ klubu "Çelsi"nin futbolçusu Eden Hazardı transfer etməkdə israrlıdır.Qol.Az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, Paris təmsilçisinin belçikalı futbolçuya yüksək məbləğ təklif edəcəyi bildirilir.Lakin Hazard PSJ-yə transfer olunmaq haqda düşünmədiyini açıqlayıb: "Əlbəttə, adımın PSJ ilə hallanması xoşdur. Ancaq mən klubumu dəyişmək niyyətində deyiləm. Əsas hədəfim "Çelsi"nin ən yaxşısı olmaqdır".Qeyd edək ki, Hazard 2012-ci ildə "Lill" klubundan "Çelsi"yə transfer olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























