• $
  • €
  • ₽
  • ₺
  • £

Saqqallı çempionumuz yığmaya qayıtdı

Saqqallı çempionumuz yığmaya qayıtdı
08.02.2014 17:23

“Artıq heç bir problemim yoxdur”.

Uzun saqqal saxlayan Avropa çempionu yenidən yığmaya qayıdıb.

ANN.Az Azadlıq radiosuna istinadən xəbər verir ki, bu barədə Azadlıq Radiosuna yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyevin özü məlumat verib.

O,  2 gündür yenidən milli komandada olduğunu söyləyib.

Elçin Əliyev bəzi səbəblərə görə komandadan uzaqlaşdığını, Güləş Federasiyası ilə heç bir problem yaşamadığını da sözlərinə əlavə edib.

Bir neçə gün əvvəl Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Elçin Əliyevlə bağlı fikrini mediaya açıqlayıb:

“Elçin Əliyev həddindən artıq uzun saqqal saxlayır. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən, həddindən artıq uzun saqqal saxlamaq gigiyena baxımından düzgün deyil. Bunu biz yox, beynəlxalq qaydalar deyir. Mən özüm də bir vaxtlar Elçinə xəbərdarlıq etmişəm ki, saqqalını qısalt. Ona deyən yoxdur ki, tamamilə saqqalını təmizlə. Mən özüm də namaz qılanam. Bizim Federasiyada dini və irqi baxımdan idmançılara fərq qoyulmur. Belə olsaydı, yığmamızda olan və xristian dininə qulluq edən güləşçiləri gərək zala buraxmayaydıq”.

Əjdər Cəfərov Elçin Əliyevi federasiyaya dəvət edərək yenidən onunla danışacağını da demişdi.

Artıq yenidən yığma komandada olan Elçin Əliyev saqqalına toxunmadığını söyləyir:

“Saqqala toxuna bilmərəm. Allah-təalanın əmridir. Saqqal hər yerdə problemdir, təkcə yığma komandada deyil. Kimisə mənə oxşadırlarsa, mənim problemim deyil. O, mənlik deyil, yaxud mən onlardan deyiləm. Ancaq federasiyada elə bir təzyiq olmayıb mənə. Saqqalla bağlı nəsə deyilib, deyilməlidir də. İndi qayıtmışam. Gələcəkdə Allah bilir nə olacaq”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol