• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanovdan istefa ilə bağlı suala - Cavab

Qurban Qurbanovdan istefa ilə bağlı suala - Cavab
24.10.2024 23:30

Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ"-"Ayaks” oyundan sonra mətbuat konfransında iştirak edib. 
 
O, əvvəlcə matça bağlı fikirlərini bildirib: 

- Məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. Bunu siz də hiss etdiniz ki, oyuna çox dinamik başladıq. Ancaq sonda belə bir məğlubiyyət oldu. Oyunçularımızın qırmızı vərəqə alması daha pisdir. Digər oyunlarımız üçün də futbolçularımızın sayı azalır. Biz böyümək istəyirik. Ancaq bunun üçün bir çox elementlər lazımdır. Bəsit penaltilər, bəsit vərəqələr verilirsə, belə oyunlarda biz də detallara diqqət etməliyik. Komandam cəsarəti qoruyub saxlasa, daha yaxşı olacağına inanıram. Belə bir komandanın burada olması bizim üçün avantajdır”.

- Həm Juilo Romao, həm də Elvin Cəfərquliyev neçənci dəfədir ki, qırmızı vərəqə alır, onlarla söhbətiniz olacaq?

- Onlarla söhbət mütləq olacaq. Futbol mübarizə oyunudur. İlk mən futbolçunu qınayıram. Amma belə epizodlarda qırmızı verirlərsə, onda biz futbol oynamayaq. Bəzən ayaq sürüşür, bəzən özünü saxlaya bilmir. Həm Elvinin, həm Romaonun epizodunda  hakimin verdiyi qərarlar biraz maraqlı gəldi mənə. Yəqin biz hakimlərin qayda-qanununu dərindən bilmirik. Bir komanda azlıqda qalırsa, buna görə ikinci sarı alırsa, demək ki, bunun arxasında nəsə durur. Mən hakimlərə nəsə demək istəmərəm, onların üzərinə getməmişəm. Bu hakimlər ölkəyə, bu azarkeşə hörmət edərək gəlməlidirlər. Mənə təsir edən odur ki, azlıqda qalan komandaya vərəqələr verirdilər. Amma inanmıram ki, bunu böyük komandaya qarşı edə bilərdilər.

- Heyət onsuz da kasad idi. Qırmızı vərəqə alan futbolçular qarşıdakı oyunu buraxacaq və bizi səfərdə Norveçin "Budo-Qlimt” klubu ilə ağır oyun gözləyir. Nə düşünürsüz?


- Biz yaxşı hazırlaşırıq. Əlimizdə nə qədər futbolçu qalacaqsa, onlarla çəkinmədən oynayacağıq. 

- Bəhlul Mustafazadəni son anda meydana buraxdınız. Sizcə, Bədavi Hüseynovun yerinə o, olsaydı, daha yaxşı olardı?


- Bu gün belə qərar verdik ki, Bədavi Hüseynov və Kevin Medina daha hazırlıqlı idi. Bəhlulun da səhvləri olub müdafiədə. Amma o bizim hər halda əsas oyunçumuzdur. Meydanda olsaydı, biz qalib gələrdik kimi fikirlər məndə yoxdur. Bu gün mənim baxış bucağıma görə Bədavi və Kevin oynamağa layiq idilər.

- "Qarabağ” sanki, son zamanlar məğlubiyyətlə razılaşır. Bunun səbəbi nədir?


- Biz bu gün də məğlubiyyətlə barışmırıq. 10 nəfər qalsaq da, rəqibdən çəkinmədik, geri çəkilmədik. Nə oyunun əvvəli, nə də oyunun sonunda... İstənilən komanda illər boyu uğurlu ola bilməz. Hardasa eniş olur. Məğlubiyyət olsa da, oyunumuz da yaxşı idi. Bütün matçlarda belə idi. Hər zaman da belə olacaq. "Bayer” keçən il bütün oyunları qazansa da, bu il o qədər də uğurları yoxdur.

- Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…

- Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol