PSJ-dən 20 milyonluq təklif

"Nyukasl"ın futbolçusu Yohan Kabay bundan sonra Fransa liqasına oynayacaq.Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, PSJ yarımmüdafiəçinin transferi üçün Premyer Liqa təmsilçisi ilə razılığa gəlib. Paris klubunun ilk təklifi rədd etməsinə baxmayaraq, "Nyukasl" klubun göndərdiyi 20 milyon funt sterlinq dəyərindəki sonuncu təklifini qəbul edib.Fransız oyunçu qarşıdakı günlərdə tibbi müayinədən keçərək rəsmi müqavilə imzalayacaq. Bununla da PSJ bu il ilk transferini gerçəkləşdirəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























