"Barselona" "Bavariya"nın futbolçusunu istəyir

"Barselona" qış transferi pəncərəsi bağlanana qədər heyətinə yeni bir futbolçu qata bilər.Qol.Az-ın İspaniyanın "Sport" qəzetinə istinadən verdiyi məlumata görə, Kataloniya klubu "Bavariya"nın oyunçusu Mario Manzukiçlə yaxından maraqlanır. Münhen təmsilçisi “Borussiya”dan Robert Levandovskini transfer etdiyi üçün xorvatiyalı hücumçunun komandadan gedəcəyinə razılıq verəcəyi bildirilir. Artıq bu barədə açıqlama verən klubun idarə heyətinin üzvü Karl-Haynz Rummenige Mandzukiçə daha ehtiyacları olmadıqlarını deyib.Qeyd edək ki, "Barsa"nın baş məşqçisi Xerardo Martino komandaya yeni futbolçu gətirməyin mümkünlüyünü ifadə etmişdi.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























