• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya şahmatçılarından Vüqar Həşimovla bağlı başsağlığı

Dünya şahmatçılarından Vüqar Həşimovla bağlı başsağlığı
13.01.2014 12:30

Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun Almaniyanın Heydelberq klinikasında 28 yaşında dünyasını dəyişməsi şahmat dünyasını sarsıdıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı başsağlığı yayıb, tanınmış zəka sahibləri Avropa çempionumuz barədə xatirələrini bölüşüb. Azərbaycan şahmatının yetirməsi, sabiq dünya çempionu Harri Kasparov Həşimovun ölümünü ağır itki adlandırıb: “27 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən mənim bakılı həmkarım, qrossmeyster Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığımı çatdırıram. Onunla heç vaxt görüşməmişəm. Həşimov dünyanın ən güclü “onluğuna” daxil olmuşdu və bu, onun sağlamlıq problemlərini nəzərə almaqla xüsusilə qeyd edilməlidir. Çox təəssüflənirəm”. Erməni qrossmeyster Levon Aronyan da təəssüfünü ifadə edib və bu itkinin bütün şahmat ailəsinə pis təsir etdiyini deyib: “Çox üzücü xəbərdir. Azərbaycanlı idmançılardan eşitmişdim ki, Vüqarın sağlamlığı ilə bağlı ciddi problemi var. Lakin istənilən halda, insan bu yaşda, özü də istedadlı şahmatçı rəhmətə gedirsə, bu, çox acıdır. Onun ölümü mənim üçün çox kədərlidir”. Dünya reytinqində birinci olan norveçli qrossmeyster Maqnus Karlsen isə bildirib ki, Həşimov indiyədək qarşılaşdığı ən istedadlı şahmatçılardan biri idi: “Vüqar Həşimovun ölüm xəbərini eşidəndə çox kədərləndim. O, qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi. Həmişə hamıya qarşı mehriban, üzügülər olub. Birgə iştirak etdiyimiz yarışlardan xüsusilə “Amber” turniri haqda çoxlu xatirələrim qalıb. Onun ailəsinə və Azərbaycanın bütün şahmat ictimaiyyətinə başsağlığı verirəm”. Qeyd edək ki, Həşimovun ölümü ilə bağlı komanda yoldaşları, tanınmış şahmatçılardan Hikaru Nakamura, Pavel Elyanov, Naycel Şort, Yan Nepomnyaşiy, Nataliya Poqonina, Yenena Danielyan, Maksim Vaşyer-Laqrav, Sergey Karyakin, Aleksandra Kostenyuk və digərləri qrossmeysterin ölümünə kədərləndiklərini bildiriblər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol