Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
17 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək.Bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























