Azərbaycanda Avropa çempionatı keçiriləcək

Taekvondo üzrə növbəti Avropa çempionatı Bakıda keçiriləcək. Bu bərədə qərarı Avropa Taekvondo İttifaqı (ETU) verib.
Belə ki, qurum 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilməli olan yarışı qəbul etmək hüququnu bu ölkədən alıb.
Buna ETU ilə Ukraynanın teleyayım şirkətləri arasında yaranmış problem səbəb olub. Bu səbəbdən qurum rəhbərliyi Azərbaycan Taekvondo Federasiyası ilə danışıqlar apararaq, çempionatın gələn il mayın 1-5-də Bakıda keçirilməsini razılaşdırıb.
ANN.Az
























