• $
  • €
  • ₽
  • ₺
  • £

Boksçularımız qələbə ilə qayıdır

Boksçularımız qələbə ilə qayıdır
23.12.2013 09:56
Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. ANN.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. 56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək, 1-ci yerə layiq görülüb. Abdulqadir Abdullayev də (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Baku Fires” klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb. Qeyd edək ki, Abdullayev yarımfinalda belaruslu Leonid Çernobayevi 1-ci raundda nokauta salmışdı. 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə qarşılaşmada üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər. Batraz Qurtsiyev də (81 kq) yarışı gümüş medalla başa vurub. Boksçumuz finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzub. Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov (60 kq) Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91+kq) isə bürünc medalla kifayətləniblər.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol