"Yuventus"da "Qalatasaray"la oyun öncəsi daha bir itki

Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la qarşılaşacaq "Yuventus" ciddi itki ilə üzləşib.
Qol.Az-ın italiya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın təcrübəli oyunçusu Mirko Vucinic sıradan çıxıb. A seriyasında "Boloqna" ilə qarşılaşmada zədələnən futbolçunun İstanbul klubu ilə oyunda forma geyə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, "bu matçda Yuventus"dan Andrea Pirlo da iştirak edə bilməyəcək.
Qol.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























