"Real"dan Suarezə 60 milyon funt-sterlinq

"Real" (Madrid) klubu "Liverpul"un hücumçusu Luis Suarezin transferində olduqca israrlıdır.Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi növbəti dəfə "Liverpul"a təklif göndərib."Kral klubu" uruqvaylı futbolçunun transferi üçün 60 milyon funt-sterlinqdən (72,2 milyon avro) keçməyə hazırdır. Lakin "mersisaydlılar" hələlik bu təklifə heç bir münasibət bildirməyiblər.Qeyd edək ki, "Liverpul" klubu daha öncə Suarezi 47 milyon avroya "Real"a satmağa razılıq versə də, futbolçunun son görüşlərdə nümayiş etdirdiyi oyundan sonra qərarını dəyişib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























