Klopp "Atletiko"nun futbolçusunu istəyir

"Borussiya" (Dortmund) klubu qışda komandanı tərk edəcəyi gözlənilən Robert Levandovskiyə əvəzləyici tapıb.Qol.Az-ın məlumatına görə, Dortmund təmsilçisi "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostaya "elçi" düşüb."Borussiya"nın baş məşqçisi Yurgen Klopp yanvar ayından Braziliya əsilli futbolçunu komandasında görmək istəyir. Lakin "Atletiko"nun Kosta üçün yüksək məbləğ istəməsi "Borussiya"nın işini çətinə salıb.Qeyd edək ki, İspaniya millisinin üzvü ilə İngiltərənin "Arsenal" klubu da yaxından maraqlanır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























