Ronaldo: "Atletiko" məni təəccübləndirmədi"

İspaniyada ötən mövsümün ən yaxşısı seçilən "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo təqdimetmə mərasimindən sonra maraqlı açıqlamalar verib.Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu artıq zədəsini sağaltdığını bildirib:"Artıq zədəmi sağaltmışam. Hazırda özümü çox yaxşı hiss edirəm. "Valyadolid"lə görüşdə risk etməmək qərarı aldıq. Bu mövsümə daha yaxşı başlamışam. Ancaq ötən mövsümdə də yaxşı çıxış etmişdim. Uğurumun əsas səbəbi isə çox çalışmağımdır".Bu mövsüm çempionluq yarışında "Real"ın əsas rəqiblərindən olan "Atletiko" (Madrid) klubunun uğurlu çıxışına da münasibət bildirən Ronaldo buna təəccüblənmədiyini deyib: "Atletiko" məni təəccübləndirmədi. Çünki bu komanda ötən mövsüm də yaxşı çıxış edirdi. Hazırda çox yaxşı baş məşqçiləri, oyunçuları və möhtəşəm qapıçıları var. Çempionluq uğrunda mübarizə aparırlar və bizim üçün güclü rəqibdirlər. Ancaq "Real"ın uğur qazanacağına inanıram".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























