Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatında ilk görüşündə məğlub olub

Azərbaycanın sərbəst güləşçisi Turan Quliyev Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə məğlub olub.
71 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Adilet Risbaya 2:3 hesabı ilə uduzub.
Dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























