“Fənərbaxça”da qalmaqal

Türkiyə Superliqasında "Beşiktaş"la oyuna hazırlaşan "Fənərbaxça"nın son məşqində gərgin anlar yaşanıb.Qol.Az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, klubun baş məşqçisi Ersun Yanal futbolçusu Egemen Qorxmazı məşqdən qovub. Buna oyunçunun mütəxəssisin verdiyi tapşırıqları yerinə yetirməməsi səbəb olub. E.Qorxmaz isə E.Yanala "yanlış hərəkət edirsiniz" deyərək meydanı tərk edib.Qeyd edək ki, “Fənərbaxça” – “Beşiktaş” derbisi noyabrın 30-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























