• $
  • €
  • ₽
  • ₺
  • £

İlin ən çox qazanan futbolçuları bəlli oldu - SİYAHI

İlin ən çox qazanan futbolçuları bəlli oldu - SİYAHI
23.11.2013 18:03

2013-cü ilin ən çox qazanan futbolçularının adı məlum olub.

Qol.Az-ın məlumatına görə, siyahıya ötən mövsümün sonu futbolçu karyerasını başa vuran Devid Bekhem başçılıq edir. 

Bekhemin illik qazancı 47 milyon avro olaraq göstərilir. "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo 43 milyon avro ilə ikinci, "Barselona"nın ulduzu Lionel Messi isə 41 milyon avro ilə üçüncüdür.

2013-ci ilin ən çox qazanan oyunçuları bunlardır:

1. Devid Bekhem - İyun ayında futbolçu karyerasını başa vuran Bekhemin illik qazancı 47 milyon avrodur. Bu rəqəmin sadəcə 5 milyonu futbolçunun sabiq komandası PSJ-dən aldığı maaşdır. 42 milyon avro isə sponsorluqdan qazanılır.

2. Kriştiano Ronaldo ("Real", Madrid)- İllik qazancı 43 milyon avrodur. Madrid klubundan illik 23 milyon avro maaş alan portuqaliyalı hücumçu sponsorluqdan da 21 milyon avro qazanır.

3. Lionel Messi ("Barselona") - Ulduz futbolçu klubdan aldığı maaş və sponsor gəlirləri ilə birgə illik 41 milyon avro qazanır.

4. Ueyn Runi ("Mançester Yuanyted") - İllik 21 milyon avro qazanır. Klubdan aldığı maaş 18 milyon avrodur. Sponsorluqdan isə 3 milyon avro gəlir əldə edir.

5. Serxio Aquero ("Mançester Siti") - Argentinalı hücumçunun illik gəliri 21 milyon avro göstərilir. Bu məbləğdən 17 milyon avro klubdan aldığı, 4 milyon avro isə sponsorluq gəliridir.

6. Didye Droba ("Qalatasaray") - Futbolçunun klubdan aldığı maaş və sponsor gəlirləri ilə birgə illik qazancı 21 milyon avrodur.

7. Yaya Ture ("Mançester Siti" - İllik gəliri 21 milyon avrodur. Klubunda 18 milyon avro gəlir əldə edən futbolçu 3 milyon avro da sponsorluqdan qazanır.

8. Neymar ("Barselona") - Gənc oyunçunun illik 21 milyon avro qazandığı bildirilir. Kataloniya klubundan aldığı maaş 11 milyon avro olmasına baxmayaraq, sponsorluqlardan 10 milyon avro əldə edir. 

9. Fernando Torres ("Çelsi") - İllik gəliri 20 milyon avrodur. Klubdan aldığı məbləğ 17 milyon avro, sponsorlardan isə 3 milyon avro gəlir əldə edir.

10. Zlatan İbrahimoviç (PSJ)- İllik qazancı 20 milyon avrodur. Bu məbləğin 17 milyonu klubdan aldığı maaş, 3 milyonu isə sponsor gəlirləridir.

Qol.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol