"Barselona"da ciddi itki

“Barselona”nın qapıçısı Viktor Valdes İspaniya millisinin CAR-la keçirdiyi yoldaşlıq görüşündə zədələnib. Qol.Az-ın məlumatına görə, ikinci hissədə meydana çıxan futbolçu 81-ci dəqiqədə əvəzlənməli olub. İlkin məlumata görə, Valdes dizaltı bağlarından xəsarət alıb və təxminən 6 həftəlik sıradan çıxıb. Daha dəqiq məlumat Barselonada keçiriləcək tibbi müayinədən sonra veriləcək.Qeyd edək ki, Valdesdən başqa Messi, və Alba da növbəti oyunlarda Kataloniya klubuna kömək edə bilməyəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























