“Qalatasaray”ın yeni baş məşqçisi...

Türkiyənin “Qalatasaray” futbol klubunun Çempionlar Liqasındakı “Anderlext” məğlubiyyətindən sonra prezident Abdürrahim Albayrak və başqa məsul şəxslər təcili toplantı keçiriblər. Toplantıda baş məşqçi Prandellininin getməsinin vacibliyi qeyd olunub.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, artıq Prandellinin əvəzinə “Qalatasaray”a gələcək namizədlər də məlumdur. Onların arasında yerli və əcnəbi mütəxəssislər də var: Mustafa Dənizli, Hikmət Karaman, Tuqay Kərimoğlu ( klubda yardımçi məşqçi kimi çalışırdı), Hasan Şaş (vaxtilə klubda yardımçi məşqçi kimi çalışırdı), Saffet Suşic. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























