• $
  • €
  • ₽
  • ₺
  • £

İdmançılarımızın bu il rekord qırıblar

İdmançılarımızın bu il rekord qırıblar
02.12.2014 18:56
Azərbaycan idmançıları bu il nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medal sayında yeni rekord müəyyənləşdiriblər.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.

Onun sözlərinə görə, ilin ötən 11 ayı ərzində dünya və Avropa çempionatları, eləcə də Dünya Kuboku turnirlərində ümumilikdə 789 medal əldə olunub. Bu isə ötənilki göstəricidən 7 medal çoxdur. M.Rəhimov bildirib ki, hələ bəzi yarışların protokolu nazirliyə təqdim edilməyib. O, bütün yarışlar yekunlaşdıqdan sonra medal sayının 800-ü keçəcəyinə əminliyini bildirib. Bununla belə, nazirlik rəsmisi olimpiya növləri üzrə medal sayının ötən ilə nəzərən az olacağını vurğulayıb. Amma o, hələlik dəqiq sayı bilmədiyini əlavə edib.

Qeyd edək ki, Azərbaycan idmançıları 2013-cü ildə Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc olmaqla, ümumilikdə 782 medal qazanıblar. Bunlardan 296-sı (101 qızıl, 74 gümüş, 121 bürünc) Olimpiya, 486-sı (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-Olimpiya növlərindən əldə olunub. 2012-ci ildə isə idmançılarımız 735 medala (255 qızıl, 244 gümüş, 236 bürünc) sahib olublar.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol