• $
  • €
  • ₽
  • ₺
  • £

"Prosineçki öz karyerasını korlayacaq"

"Prosineçki öz karyerasını korlayacaq"
04.12.2014 12:06
`Prosineçkinin işinə o qədər də bələd olmadığım üçün dəqiq fikir yürüdə bilmərəm. Bir qədər zamana ehtiyac var ki, nəyə qadir olduğunu görək`.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi” klubunun keçmiş baş məşqçisi Böyükağa Hacıyev deyib. Onun sözlərinə görə, millimizin yeni baş məşqçisinin bəzi müsbət cəhətlər var ki, onlardan biri də ailəsi ilə birgə Bakı şəhərində yaşayacağıdır:

"Həmçinin yeni məşqçi ölkəmizə gələn kimi stadionlarla tanış oldu və hər dəfə komandaların oyununu izləyir. Yeni olduğu üçün məsuliyyətlə işləməlidir. Bu məşqçi özünü Azərbaycanda təsdiqləməlidir ki, yenidən Avropaya qayıtsın. Həmçinin cavan məşqçidir. O bizim milli komandayla yaxşı işləyə bilməyəcəksə, öz kariyerasını korlayacaq”.

Yerli məşqçilərə yer verilməməsinə gəlincə, B.Hacıyev bildirib ki, bizim varlığımız, yoxluğumuz bilinmir: "Belə məsləhət görüblər və yenə xarici məşqçiyə güvəniblər. Biz onlara uğurlar arzulayırıq”.

Xatırladaq ki, ötən gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Bakıda olan xorvatiyalı Robert Prosineçkinin milli komandaya təyinatı rəsmiləşib. Onunla üç il müddətinə müqavilə imzalanıb. O, bu vəzifədə Berti Foqtsu əvəzləyib. Müqaviləyə əsasən, R.Prosineçki Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacaq.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol