Qurban Qurbanovdan futbolçulara sərt qadağa

Dekabrın 11-də Avropa Liqasının qrup mərhələsində sonuncu matça - "İnter”lə oyuna çıxacaq "Qarabağ”da hər kəs bu görüşə köklənib.
"Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bu oyuna görə futbolçularına bəzi qadağalar tətbiq edib.
Məlumata görə, baş məşqçi komandası üçün ”davam, ya tamam” matçına çevrilən oyundan öncə futbolçularına mətbuatdan mümkün qədər uzaq olmağı, hansısa tədbirlərə qatılmamağı tapşırıb.
Maraqlıdır ki, Qurban Qurbanov "Sent-Etyenn”lə oyundan sonra (1:1) özü də mümkün qədər mətbuatdan uzaq olmağa çalışır (komanda.az).
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























