Prosineçkinin köməkçiləri müəyyənləşdi

Azərbaycan millisində çalışacaq məşqçilər korpusunun tam tərkibi müəyyənləşib.
ANN.Az "Apasport.az”a istinadən xəbər verir ki, yığmamızın yeni baş məşqçisi Robert Prosineçkiyə kömək edəcək 6-cı çalışdırıcı Yanko Yankoviç olacaq. 51 yaşlı çalışdırıcı daha çox futbolçu karyerası ilə tanınır. Xorvatiya millisində 2 matç keçirən hücumçu İspaniyada "Valyadolid”, "Ovyedo” və "Herkules”də üst-üstə 9 il çıxış edib.
O, Türkiyənin "Kayserispor” klubunda da Prosineçkinin köməkçiləri olan Qordan Çipriç və Draqan Spasiçlə birlikdə mütəxəssisin yığmamızın əcnəbi yardımçılarını təşkil edəcək.
Qeyd edək ki, 3 yerli və 3 əcnəbi ilə çalışacaq Prosineçkiyə yerli məşqçilərdən Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizov da kömək edəcək.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək