Xorvatiya mətbuatı Prosineçkinin fantastik maaşından yazır

Xorvatiya mətbuatında Robert Prosineçkinin millimizin baş məşqçi təyin olunması məsələsi gündəmi zəbt edib. Sport7.az saytı "Veçernyi list"ə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız həmyerlilərinin maaşını öyrənincə, bu haqda geniş yazı qələmə almaq qərarına gəliblər.
Belə ki, Prosineçkinin ilinə 1,2 milyon avro alması xorvatları təəccübləndirib. Onlar Xorvatiyanın baş məşqçisi Niko Kovaçın ondan 5 dəfə az qazandığını qeyd edib. Həmkarlarımızın iddiasına görə, Kovaç yığmadakı işi müqabilində ilinə 200 min avro qazanır.
Yeri gəlmişkən, Prosineçkinin daha bir köməkçisi də müəyyənləşib. Bu, 51 yaşlı Yanko Yankoviçdir. Prosineçkinin digər köməkçilərinin isə "Kayserispor"da onunla birgə məşçilər heyətində yer almış Qordan Tsipriç və Draqan Spasiç olacaq.
Xatırladaq ki, Robert Prosineçkinin azərbaycanlı köməkçilərinin isə Mahmud Qurbanovdan başqa, Faiq Əzizovla Elxan Abdullayevin olacağı gözlənilir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























