Böyük Britaniyanın ən varlı idmançısı

"Forbes" jurnalı Böyük Britaniyada 2014-ci ilin ən varlı idmançısının adını açıqlayıb.
ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində Madrid "Real"ının futbolçusu Qaret Beyl qərarlaşıb.
Uelsli yarımmüdafiəçi bu il 30 milyon avro gəlir əldə edib. O, bu məbləğin 20 milyonunu "Real"da, 10 milyonu isə "Adidas" və "EA Sports" kimi firmalarla olan reklam əməkdaşlığından qazanıb. "Formula 1" çempionu Luis Hemilton (26 milyon) siyahıda ikinci, şimali irlandiyalı qolfçu Rori Makilroy (20 milyon) üçüncü olub.
İngiltərə millisinin futbolçuları Ueyn Runi (19 milyon) və Stiven Cerard (16 milyon) isə müvafiq olaraq 4-5-ci pillələrdə qərarlaşıblar.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək