• $
  • €
  • ₽
  • ₺
  • £

"Atletiko"nun azarkeşlərinə ağır cəza

"Atletiko"nun azarkeşlərinə ağır cəza
06.12.2014 11:00
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi La Liqanın 13-cü turunda keçirilən "Atletiko” (Madrid) - "Deportivo” matçında (2:0) yaşanan insidentlə bağlı müvafiq qərarlar çıxarıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komitə davada iştirak etmiş azarkeşləri cəzalandırıb.

Hər iki komandanın ümumilikdə 88 azarkeşinə 5 il ərzində stadiondan oyunu canlı izləməsinə qadağa qoyulub. Üstəlik həmin azarkeşlər 60 min avro cərimə ödəməli olacaqlar. 

Eyni zamanda "Visente Kalderon" stadionundan kənarda rəqib azarkeşləri təxribata sürükləyən və təhlükəsizlik xidmətinin əməkdaşlarına işlərini görməyə mane olan 4 "Atletiko"lu fanat bir il ərzində bütün idman müsabiqələrini izləmək hüququndan məhrum edilib. Həmin azarkeşlərə 3 min avro pul cəzası da kəsilib.  

Qeyd edək ki, "Atletiko" - "Deportivo" matçında stadionda yaşanan kütləvi davada qonaqların bir azarkeşi dünyasını dəyişmiş, 11 nəfər isə yaralanmışdı. 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol