Qvardioladan türk futbolçuya tərif: O sənətkardı

"O gənc cərimə zərbəsi yerinə yetirən bir sənətkardır"
"Bavariya" baş məşqçisi Pep Qvardiola türk futbolçu barəsində danışıb.
ANS PRESS-in məlumatına görə, ispan mütəxəssis "Bayer Leverkuzen"in türk futbolçu Hakan Çalhanoğlunun sənətkar olduğunu söyləyib. Baş məşqçi Hakanın Bundesliqanın ən yaxşı cərimə zərbəsi yerinə yetirən futbolçusu olduğunu deyib:
"O gənc cərimə zərbəsi yerinə yetirən bir sənətkardır. Onu qapımızdan uzaq tutmalıyıq və ona qapıya zərbə endirməyə imkan verməməliyik", - deyə Pep bildirib.
Qeyd edək ki, bu gün "Bavariya" klubu evində "Bayer Leverkuzen"i qəbul edəcək. 13 matçdan 10-unu qazanan "Bavariya" liqada 33 xalla liderliyini qoruyub saxlayıb. "Bayer Leverkuzen" isə liqada rəqibinin 10 xal gerisində üçüncü sırada qərarlaşıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək